MÜSAHİBƏ

20 May

ƏMDX: Əmlakların start qiyməti 7 360 – 32 800 manat arasındadı

Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 5-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac təşkil edəcək.

Hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək. Hərraca ümumilikdə 6 daşınar və daşınmaz əmlak çıxarılacaq. Onların arasında 1 torpaq sahəsi, 2 avadanlıq və 3 nəqliyyat vasitəsi var.

Əmlakların start qiymətləri 7 360 manat ilə 32 800 manat arasında dəyişir. Hərraca qatılmaq üçün ilkin olaraq start qiymətin 10%-i qədər beh ödənilməlidir.

Sifarişlərin qəbulu mayın 30-da başa çatacaq.

Hərraca maraq göstərən və əmlak almaq istəyən vətəndaşlar vaxtında müraciət etməlidirlər.