MÜSAHİBƏ

20 May

Standartlaşdırma İnstitutu yeni sürtkü yağları üzrə dövlət standartlarını qəbul etdi

Finss.az  — Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən sürtkü yağları və xüsusi mayelər sahəsində bir sıra yeni dövlət standartları qəbul edilib.

Yeni standartlar sırasına AZS ГОСТ 21791:2025 “МАС-30НК sintetik yağ. Texniki şərtlər”, AZS ГОСТ 23258:2025 “Plastik sürtkülər. Adlar və işarələr”, AZS ГОСТ 23652:2025 “Transmissiya yağları. Texniki şərtlər” və AZS ГОСТ 25821:2025 “Maye ПГВ. Texniki şərtlər” daxildir.

Standartların tətbiqi sürtkü yağlarının istehsalını genişləndirmək və məhsulların təhlükəsizlik tələblərini vahid norma və qaydalar əsasında müəyyən etmək məqsədini daşıyır.

Yeni sənədlər “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər”in standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 34) müzakirə olunaraq qəbul edilərək Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.

Qəbul edilən standartlar “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2024-cü il tarixli 285 nömrəli qərarına əsaslanaraq hazırlanıb.