MÜSAHİBƏ

20 May

İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydalarında dəyişiklik ediləcək

Finss.az - Azərbaycan parlamentinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 20-də keçirilən iclasında “Qiymətli kağızlar bazarı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, dövlətə məxsus səhmdar cəmiyyətlərin bütün səhmləri yaradılarkən Mərkəzi Bankın həmin səhmlərin buraxılışını müəyyən edilmiş prosedurlar olmadan dövlət qeydiyyatına alaraq yerləşdirilmiş hesab etməsi qaydasında dəyişiklik nəzərdə tutulur. Yeni dəyişikliklə, bu güzəşt yalnız ilk buraxılışa aid ediləcək, növbəti səhmlərin buraxılışı isə müəyyən edilmiş sənədlərin təqdim olunması yolu ilə dövlət qeydiyyatına alınmalıdır.

Bundan əlavə, dövlət orqanları və ya dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən səhmlərin əldə edilməsi hallarına xüsusi yanaşma tətbiq olunacaq. Bu hallarda səhm buraxılışı müvafiq sənədlərin təqdimatı əsasında dövlət qeydiyyatına alınaraq yerləşdirilmiş hesab ediləcək.

Qanun layihəsi parlamentdə müzakirələrdən sonra qəbul ediləcəyi təqdirdə investisiya qiymətli kağızlarının yerləşdirilməsi prosesində şəffaflıq və nəzarətin gücləndirilməsi təmin olunacaq.