2024-2025-ci illəri əhatə edən dövr ərzində Bakı şəhərində daşınmaz əmlak bazarı yüksəliş mərhələsinə keçib.
Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.
Palatanın təhlillərinə görə, mənzil qiymətlərində müşahidə olunan artım demoqrafik amillər, tikinti sektorundakı tendensiyalar, makroiqtisadi sabitlik və investisiya yönümlü davranışlar ilə izah olunur. Həm yeni, həm də köhnə tikililər bazarında nisbi dəyişikliklər baş versə də, bazarda qiymət artımını şərtləndirən əsas faktor güclü tələbin mövcudluğu və məhdud təklif fonunda rəqabətdir.
Ekspertlər hesab edir ki, alıcı marağı yüksək qaldıqca və iqtisadi parametrlərdə ciddi dəyişiklik baş vermədikcə, yaxın gələcəkdə qiymətlərin sabitləşməsi və ya enməsi real görünmür. Bu da o deməkdir ki, Bakıda mənzil bazarında artım meyli hələlik qorunacaq.
Fuad Mədətov
Finss.az