MÜSAHİBƏ

14 May

Bakıda mərkəzdə mənzil almaq 2 qat baha başa gəlir

Bakıda mənzil bazarında qiymət piramidasının yuxarı hissəsi, yəni bahalı mənzillər, ucuz mənzillərə nisbətən daha sürətli qiymətlənib.

Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından verilən məlumatda bildirilib.

Mütəxəssislərin sözlərinə görə, bahalı mənzillərin orta qiyməti hazırda ucuz mənzillərin orta qiymətini iki dəfədən çox üstələyir. Belə ki, şəhər mərkəzində yerləşən və yüksək kateqoriyaya daxil olan mənzillərin kvadratmetri 3000 AZN və daha çox, ucuz mənzillərdə isə bu göstərici 1300–1500 AZN/kv.m aralığında dəyişir.

Araşdırmalar göstərir ki, zaman keçdikcə bu qiymət fərqi daha da dərinləşib. Bununla belə, bazarın əsas ağırlıq mərkəzi hələ də orta seqmentdədir. Eyni zamanda, ucuz mənzillərin bazarı da kifayət qədər geniş qalmaqda davam edir, çünki bu mənzillər alıcılıq qabiliyyəti məhdud olan və ya ilkin yaşayışa ehtiyacı olan ailələr üçün əlçatanlıq baxımından üstünlük təşkil edir.

Fuad Mədətov
Finss.az