MÜSAHİBƏ

13 May

Ölkədə neft ixracı 7,8 milyon tona çatdı

Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ümumilikdə 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. 

Hasil olunan neftin:

  • 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun,

  • 1,3 milyon tonu kondensat olmaqla “Şahdəniz” yatağının,

  • 0,2 milyon tonu isə (kondensat) “Abşeron” yatağının payına düşüb.

SOCAR üzrə bu dövrdə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.

Neft ixracı 7,8 milyon tona çatıb

Hesabat dövründə ölkədən 7,8 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun:

  • 6,6 milyon tonu konsorsiumlar,

  • 1 milyon tonu SOCAR,

  • 0,2 milyon tonu isə “Abşeron” yatağı tərəfindən ixrac edilib.

Apreldə gündəlik hasilat: 566 min barrel

Yalnız aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 75,1 min ton və ya 566 min barrel olub. Bunun:

  • 61,6 min tonu (455 min barrel) xam neft,

  • 13,5 min tonu (111 min barrel) isə kondensat təşkil edib.

Emal göstəriciləri

Bu ilin ilk 4 ayı ərzində ölkədə 1,8 milyon ton neft emal edilib.