MÜSAHİBƏ

09 May

Türkiyənin Azərbaycana polad ixracı artıb

2025-ci ilin aprel ayında Türkiyə Azərbaycana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3% artaraq 6 milyon 670 min 43 dollar təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin Azərbaycana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% azalaraq 29 milyon 285 min 88 dollar olub. Lakin, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin ümumilikdə polad ixracı 3,5% artaraq 5 milyon 331 min 554 dollar olub.

Aprel ayında Türkiyə 1 milyon 306 min 238 dollar məbləğində polad ixrac edib ki, bu, keçən ilin mart ayı ilə müqayisədə 9,6% çoxdur.

Son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 16 milyon 322 min 954 dollar məbləğində polad ixrac edib.