2024-cü ilin mart ayının sonuna Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8 milyard 361 milyon manat təşkil edib.
Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 64 milyon manat və ya 0,8 faiz artım deməkdir.
Cari ilin yanvar ayının əvvəlinə bu göstərici 8 milyard 297 milyon manat səviyyəsində olub.
Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ilin mart ayının sonuna Azərbaycan banklarının ümumi biznes kredit portfeli 14 milyard 935 milyon manat təşkil edib.
1 aprel 2024-cü il tarixinə olan statistikaya görə, ölkədə 867 iri sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bu da kommersiya təşkilatlarının ümumi sayının 0,4 faizinə bərabərdir. Həmin subyektlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (22,5%), “Emal sənayesi” (13,6%), “Tikinti” (13,0%) və “Nəqliyyat və anbar təsərrüfatı” (6,9%) sahələrində cəmləşib.
Fuad Mədətov
Finss.az