MÜSAHİBƏ

06 May

İnvestisiya şirkətlərinin əməliyyatlarının sayına görə RENKİNQİ - YANVAR-APREL/2025

Bakı Fond Birjası (BFB) 2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin həyata keçirdikləri əməliyyatların ümumi sayını açıqlayıb.

Finss.az xəbər verir ki, əməliyyat sayına görə bazarda liderlik mövqeyini "ABB İnvest İnvestisiya Şirkəti" QSC qoruyub. Şirkət sözügedən dövrdə 8 min 885 əməliyyatla ilk sırada qərarlaşıb.

İkinci yerdə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC yer alıb. Bu şirkət tərəfindən 2 min 637 əməliyyat həyata keçirilib. İlk üçlüyü isə “Unicapital İnvestisiya Şirkəti” ASC tamamlayıb – 2 min 249 əməliyyat.

Siyahının sonunda “MFX Trading İnvestisiya Şirkəti” qərarlaşıb. Şirkət yanvar-aprel ayları ərzində cəmi 17 əməliyyatla bazarda ən aşağı göstəricini qeydə alıb.

Finss.az BFB-nin təqdim etdiyi əməliyyat sayı baxımından investisiya şirkətlərinin renkinqini təqdim edir:

Fuad Mədətov
Finss.az