MÜSAHİBƏ

06 May

İnvestisiya şirkətlərinin ARMB qiymətli kağızların dövriyyəsinin həcminə görə RENKİNQİ - YANVAR-APREL/2025

Bakı Fond Birjası 2025-ci ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin ARMB qiymətli kağızları üzrə dövriyyə həcmlərini açıqlayıb.

Finss.az xəbər verir ki, renkinq cədvəlinə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir. Şirkət hesabat dövründə 41 milyon 753 min 443 manatlıq əməliyyat həcmi ilə birinci yerdə qərarlaşıb.

İkinci yerdə "Unicapital İnvestisiya Şirkəti" ASC qərarlaşıb – onun dövriyyəsi 9 milyon 586 min 479 manat təşkil edib. Üçüncü yeri isə Assist Finance İnvestisiya şirkəti ASC tutub – şirkət 9 milyon 567 min 399 manatlıq dövriyyə reallaşdırıb.

Reytinq cədvəlində yer alan digər investisiya şirkətləri arasında:

  • CPM-İnvest İnvestisiya Şirkəti QSC – 8 milyon 232 min 663 manat
  • "ABB İnvest İnvestisiya Şirkəti" QSC – 3 milyon 20 min 49 manat
  • Troni İnvestisiya Şirkəti QSC – 497 min 216 manat

Siyahıda adı qeyd olunan digər şirkətlər – "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, "İnvest-Az İnvestisiya Şirkəti" QSC, Capital Partners İnvestisiya Şirkəti QSC, "CFI FINANCIAL İnvestisiya Şirkəti" QSC, "PSG Kapital İnvestisiya Şirkəti" QSC və MFX Trading İnvestisiya Şirkəti tərəfindən isə ya əməliyyat aparılmayıb, ya da müvafiq dövr üzrə məlumat təqdim olunmayıb.

Fuad Mədətov
Finss.az