MÜSAHİBƏ

06 May

BFB-də ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi - YANVAR-APREL/2025

2025-ci ilin yanvar-aprel ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi açıqlanıb.

Finss.az xəbər verir ki, BFB-də ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsinə görə siyahıda “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC (18 milyard 655 milyon 451 min 796 manat) ən yüksək nəticə göstərən şirkət olub.

İkinci ən yüksək nəticə ABB İnvest İnvestisiya Şirkəti” QSC (15 milyard 440 milyon 191 min 223 manat), üçüncü ən yüksək nəticə isə "Assist Finance İnvestisiya şirkəti" ASC (2 milyard 441 milyon 945 min 153 manat) qeydə alınıb.

Siyahıda sonuncu yerdə MFX Trading İnvestisiya Şirkəti (22 milyon 552 min 421 manat) qərarlaşıb.

Finss.az BFB-nin ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsinin cədvəlini təqdim edir:

Fuad Mədətov
Finss.az