MÜSAHİBƏ

05 May

20 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb

Finss.az - Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) aprel ayında ölkə üzrə apteklərdə aparılmış monitorinqlərlə bağlı məlumat yayıb.

AEM-in məlumatına görə, ötən ay Bakı şəhərində 13, digər şəhər və rayonlarda isə 45 olmaqla ümumilikdə 58 aptekdə yoxlama aparılıb. Bu yoxlamalardan 56-sı planlı, biri plandankənar, digəri isə nəzarətdən kənar şəkildə həyata keçirilib.

Yoxlamalar nəticəsində 20 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Aşkarlanan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 215.4, 221.10, 452.1 və 452.3-cü maddələri üzrə protokollar tərtib olunub.

AEM bildirir ki, monitorinqlərin məqsədi əczaçılıq fəaliyyətində şəffaflığın və qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsidir. Təftişlər mütəmadi şəkildə davam etdiriləcək.