Finss.az - Bu ilin yanvar-mart ayları ərzində ölkədən 1,5 milyon ABŞ dolları dəyərində 172,64 ton çay ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 4,8 faiz və ya 70,6 min dollar, həcmi isə 10,4 faiz və ya 16,27 ton artıb.
Qeyd edək ki, cari ilin ilk rübündə çayın ümumi ixracda xüsusi çəkisi 0,02 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,2 faizə bərabər olub.