2025-ci ilin 1 aprel tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları 73,8 milyard ABŞ dolları təşkil edib ki, bu da ölkənin xarici dövlət borcunu təqribən 14,6 dəfə üstələyir.
Bu barədə Finss.az Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ildə bu göstərici 10,5 dəfə, 2024-cü ildə isə 13,9 dəfə təşkil edib. Artan valyuta ehtiyatları Azərbaycanın maliyyə sabitliyini və xarici risklərə qarşı dayanıqlığını bir daha təsdiqləyir.
Xatırladaq ki, 2025-ci il aprelin 1-nə olan vəziyyətə görə, ölkənin xarici dövlət borcu 5,067 milyard ABŞ dolları və ya ÜDM-in 6,6 faizinə bərabər olub. Bu rəqəm ilin əvvəlinə nisbətən 62,7 milyon ABŞ dolları azalıb.
Fuad Mədətov
Finss.az