MÜSAHİBƏ

29 Aprel

PAŞA Sığorta-dan “Hyundai” sahiblərini sevindirəcək kampaniya!

Finss.az - PAŞA Sığorta Tam KASKO sığortası  üzrə 28 apreldən başlayaq hər həftə fərqli avtomobil markaları üçün xüsusi kampaniyalar elan edəcək!

“Hyundai həftəsi” adlı kampaniya çərçivəsində 28 aprel- 5 may 2025-ci il tarixlərində sığorta haqqı 500 AZN və daha yüksək məbləğli, “Hyundai” markalı avtomobili üçün Tam KASKO məhsulu əldə etmək istəyən sürücülər  30% xüsusi endirim qazanacaq. Kampaniya yalnız 1 illik KASKO sığortası əldə etmək istəyən, yeni və ya tarifinə yükləmə edilməyən yeniləmə fərdi müştərilərə şamil edilir. Kampaniyadan istehsal ili 2009-cu il və daha yuxarı olan “Hyundai” markalı avtomobillər yararlana bilər.

Kampaniya barədə ətraflı məlumat üçün *7000- Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlaya, yaxud //cutt.ly/erjbpGTb  linki vasitəsilə onlayn mürcaiət edə bilərsiniz. Kampaniyadan yararlanmaq üçün PAŞA Sığorta şirkətinin rəsmi Facebook (//www.facebook.com/pasha.insurance/) və ya Instagram //www.instagram.com/pasha_insurance/) səhifələri üzərindən də müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 

Zemfira Ms
Finss.az