2025-ci ilin yanvar-mart aylarında “Paşa Həyat Sığorta” ASC 161 milyon 832 min manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 milyon 241 min manat və ya 12,71% artım deməkdir.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
2024-cü ilin müvafiq dövründə şirkət 143 milyon 591 min manat sığorta haqqı toplayıb.
Hesabat dövründə həyata keçirilən sığorta ödənişləri də artaraq 98 milyon 110 min manata çatıb. Bu, 2024-cü ilin yanvar-mart aylarındakı 87 milyon 12 min manatla müqayisədə 11 milyon 98 min manat və ya 12,75% artım deməkdir.
Fuad Mədətov
Finss.az