MÜSAHİBƏ

28 Aprel

"AccessBank" ipoteka kreditlərindəki kəskin artımla narahatlıq doğurur

AccessBank QSC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri, kredit portfelində müsbət dəyişiklikləri göstərsə də, bəzi sahələrdə narahatlıq doğurur.

Finss.az xəbər verir ki, bankın ümumi kredit portfeli 3,01% artaraq 1 186 235 manata çatıb. 2024-cü ilin yanvar-mart dövründə kredit portfeli 1 151 550 manat idi.

Biznes kredit portfeli 15,31% artaraq 924 246 manata yüksəlib. 2024-cü ilin eyni dövründə biznes kredit portfeli 801 565 manat idi. Bu artım, bankın biznes sahəsinə olan marağını və bu sahədəki güclü mövqeyini nümayiş etdirir.

İstehlak kredit portfeli isə 8,73% artaraq 245 608 manata yüksəlib. 2024-cü ilin eyni dövründə istehlak kredit portfeli 225 895 manat idi. Bu, bankın istehlak kreditləri üzrə fəaliyyətini genişləndirdiyini göstərir.

Ən diqqət çəkən isə bankın ipoteka kreditinin 104,25% artaraq 16 381 manata yüksəlməsidir. 2024-cü ilin yanvar-mart dövründə ipoteka krediti yalnız 8 020 manat idi. Bu yüksək artım, bankın ipoteka sahəsindəki risklərinin artmasına səbəb ola bilər və kredit portfelindəki balanssızlığı təmsil edir.

Fuad Mədətov
Finss.az