MÜSAHİBƏ

25 Aprel

Azərbaycandan İspaniyaya pul köçürmələrində kəskin artım qeydə alınıb

2024-cü ildə Azərbaycandan İspaniyaya fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi əhəmiyyətli dərəcədə artaraq 6,8 milyon ABŞ dollarına çatıb.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 2,5 milyon dollar və ya 58,4% çoxdur. Hesabat ilində İspaniyanın ümumi pul köçürmələri içərisində payı 1,3% təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2023-cü ildə bu göstərici 4,3 milyon dollar idi.

Ümumilikdə, ötən il Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdiyi pul köçürmələrinin ümumi həcmi 526,8 milyon dollar təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 23,4 milyon dollar və ya 4,2% azalma deməkdir.

Bununla yanaşı, 2024-cü ildə xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi isə 1,08 milyard dollar olub. Bu da 2023-cü illə müqayisədə 571,9 milyon dollar və ya 34,6% azalma ilə müşahidə olunub.

Fuad Mədətov
Finss.az