Finss.az - “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) Kəlbəcər rayonu ərazisindəki yaşayış məntəqələrinin elektrik təchizatının təmin edilməsi məqsədilə tender elan edib.
Tenderdə iştirakçılardan, “Kəlbəcər” yarımstansiyasından 35 kV-luq iki dövrəli elektrik veriliş xəttinin çəkilməsi tələb olunur.
Tenderin ehtimal olunan qiyməti isə 2 635 831 manat olaraq müəyyən edilib. Bu layihə, Kəlbəcər rayonu ərazisində elektrik enerjisinin daha dayanıqlı və effektiv şəkildə təmin olunmasını hədəfləyir.
Tenderə qatılmaq istəyən şirkətlər müəyyən edilən şərtlərə uyğun olaraq təkliflərini təqdim edə bilərlər.