Finss.az - Qazaxıstanın Xəzər sektorunda yerləşən "Kaşaqan" yatağında gündəlik neft hasilatının 1 milyon barelə çatdırılması mümkün ola bilər.
Bu barədə “GLENMAR Group”un təşkil etdiyi “Xəzər və Mərkəzi Asiya Neft Treydingi və Logistikası Forumu”nda çıxış edən “KMQ Kaşaqan” şirkətinin baş direktorunun kommersiya məsələləri üzrə müavini Kuanış Kəskinbayev məlumat verib.
Kəskinbayevin sözlərinə görə, hal-hazırda "Kaşaqan" yatağından gündəlik 400-420 min barel neft hasil edilir, amma bu həcmin 1 milyon barelə çatdırılması üçün imkanlar mövcuddur. O, həmçinin bildirib ki, Qazaxıstan hər il təxminən 90 milyon ton neft hasil edir ki, bunun da təxminən 70 milyon tonu ixrac olunur.