Bank BTB ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri, bankın maliyyə vəziyyətində ciddi geriləmələrin baş verdiyini açıq şəkildə göstərir.
Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın depozit portfeli 78,38% azalaraq 146 908 manata düşüb. 2024-cü ilin yanvar-mart dövründə depozit portfeli 679 434 manat idi. Bu, bankın müştəri etibarını və investisiya cəlb etmə qabiliyyətini ciddi şəkildə itirdiyini göstərir.
Bankın xalis mənfəəti də eyni zamanda 46,09% azalaraq 814 000 manata enib. 2024-cü ilin eyni dövründə xalis mənfəət 1 510 000 manat idi. Bu azalma, bankın ümumi gəlirliliyində ciddi itkilər olduğunu və fəaliyyətindəki zəiflikləri ortaya qoyur.
Bununla yanaşı, bankın aktivləri cüzi şəkildə 0,44% azalaraq 367 313 manata düşüb. 2024-cü ilin eyni dövründə bu göstərici 368 949 manat təşkil edirdi. Aktivlərdəki kiçik azalmanın, ümumilikdə bankın maliyyə gücünü zədələdiyi görünür.
Fuad Mədətov
Finss.az