MÜSAHİBƏ

23 Aprel

İctimai iaşə sektorunda 17,6% artım

Finss.az - Bu ilin yanvar-mart aylarında ölkənin ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,6 faiz artaraq 561,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,9 faizi hüquqi şəxslərin, 49,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq 282,8 milyon manat olub.