Finss.az - Aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Çin Sədri Si Cinpin arasında Azərbaycan-Çin münasibətlərini daha da gücləndirən mühüm bir addım atılıb.
Bu gün keçirilən mərasimdə, iki ölkə arasında vizadan qarşılıqlı azad edilməyi nəzərdə tutan saziş imzalanıb.
"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.
Bu saziş, hər iki ölkənin vətəndaşlarının qarşılıqlı səfərləri üçün vizasız rejim tətbiq edəcək. Bununla yanaşı, Azərbaycan və Çin arasında iqtisadi, ticarət və mədəni əlaqələrin daha da möhkəmlənməsi gözlənilir.
Prezident İlham Əliyev və Sədr Si Cinpin arasında keçirilən görüşdə, bu addımın ikitərəfli əlaqələr üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.