MÜSAHİBƏ

23 Aprel

Mərkəzi Bank inflyasiya proqnozunu yenilədi

Finss.az - Azərbaycan Mərkəzi Bankı cari il və növbəti il üzrə inflyasiya proqnozlarını yeniləyib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinə dair press-relizində bildirilir. Yeni açıqlamada cari il üzrə inflyasiya proqnozunu endirərkən, növbəti il üçün yüksəldib.

Belə ki, 2025-ci ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir. 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilirdi.

Bildirilir ki, ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalıb. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4.9% olub. İllik qiymət artımı ərzaq malları üzrə 5.5%, qeyri-ərzaq malları üzrə 2.4%, xidmətlər üzrə 6.3% təşkil edib. İllik baza inflyasiya 4.4% olub.

İnflyasiyaya təsir edən xarici amillər son aylar ümumilikdə stabildir. Beynəlxalq Valyuta Fondunun məlumatına görə ötən il qlobal əmtəə qiymətləri indeksi 4.3% artıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası azalaraq 2024-cü ilin 11 ayında 11.9%-ə enibdir ki, bunun da əhəmiyyətli hissəsi manatın nominal effektiv məzənnəsinin 9% möhkəmlənməsi hesabına neytrallaşıb.