Finss.az - Çinin maraqlarına zid olan hər hansısa bir addıma cavab veriləcək.
Bu açıqlama, ABŞ Prezidenti Donald Trampın Çinlə ticarət əlaqələrini məhdudlaşdırmaq məqsədilə əlavə gömrük rüsumları tətbiq etməyi və digər ölkələri də Çinlə ticarəti azaltmağa çağırmağı planlaşdırdığı barədə yayılan məlumatlardan sonra verilib.
Tramp, bu ayın əvvəlində bəzi ölkələr üçün gömrük rüsumlarının artırılmasını 90 günə təxirə salıb, amma Çin mallarına tətbiq olunan rüsumları 145%-ə qədər yüksəldib. Çin Ticarət Nazirliyi isə bəyan edib ki, Çin heç bir razılaşmanı öz maraqlarına zərər verəcəyi halda qəbul etməyəcək və əgər belə bir razılaşma bağlanarsa, onu rədd edəcək və cavab tədbirləri görəcək.
Nazirlik həmçinin, Çin-in beynəlxalq ədalət və hüququ qorumağa sadiq olduğunu və bütün tərəflərlə əməkdaşlığa açıq olduğunu vurğulayıb. ABŞ-ın mövqeyinə isə "vergi sui-istifadəsi" və "tək tərəfli qəddarlıq" kimi qiymət verilib.