MÜSAHİBƏ

15 Aprel

"PAŞA Sığorta"dan taksi sürücülərinə yeni məhsul: Taksi KASKO!

Finss.az - PAŞA Sığorta taksi sürücülərinə özəl yeni Taksi KASKO məhsulunu təqdim edir.  Taksi fəaliyyəti üçün istifadə olunan avtomobillər Taksi KASKO məhsulunu əldə edərkən Tam KASKO sığortasına daxil olan bütün risklər üzrə sığortalanır. Bu risklərə  avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın, partlayış, təbii fəlakətlər və heyvanların hərəkəti daxildir.
Taksi fəaliyyəti ilə məşğul olan avtomobillər üzrə tarif dərəcəsi 3.2%-dən, azadolma məbləği isə 300 AZN-dən başlayır. Məhsul üzrə minimal sığorta haqqı tələbi 600 AZN-dir. Sığorta hadisəsi zamanı avtonəqliyyat vasitələri qeyri-rəsmi avtoservisdə təmir olunacaqdır.

Məhsul barədə ətraflı məlumat üçün *7000- Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlaya, yaxud PAŞA Sığorta şirkətinin rəsmi Facebook (//www.facebook.com/pasha.insurance/) və ya Instagram //www.instagram.com/pasha_insurance/) səhifələri üzərindən müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Zemfira Ms
Finss.az