MÜSAHİBƏ

15 Aprel

Avro Dolları taxtdan salır?

Finss.az - Avro son 15 ildəki ən sürətli bahalaşma mərhələsinə qədəm qoyub.

Bloombergin məlumatına görə, treyderlər avronun yaxın aylarda ABŞ dolları qarşısında $1,20 səviyyəsinə qədər yüksələcəyinə ümid edirlər, strateqlər isə proqnozlarını təcili şəkildə yeniləyirlər.

Ötən həftənin sonunda avro son üç ilin ən yüksək səviyyəsinə çatıb. Buna səbəb kimi ABŞ-ın tarif siyasətinin yaratdığı iqtisadi qeyri-müəyyənlik və dolların ənənəvi “təhlükəsiz liman” statusunun sual altına düşməsi göstərilir.

Depository Trust Clearing Corporationun statistikalarına əsasən, cümə günü alınıb-satılan opsion müqavilələrinin 75%-i avronun bahalaşmasına yönəlmişdi. Treyderlər bildirirlər ki, hedc fondlar avronun $1,20 səviyyəsinə çatacağına inanırlar. Mizuho Internationalin strateqləri də bu ehtimalın gücləndiyini və bu səviyyənin 2021-ci ilin ortalarından bəri ən yüksək göstərici olacağını qeyd edirlər.

Almaniyanın maliyyə naziri çıxışında, dolların qlobal bazarlardakı rolunun zəifləməsindən sonra avronun dünya ticarətində daha güclü rol alması üçün bu fürsətin dəyərləndirilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Bloombergin keçirdiyi sorğuda iştirak edən 51 valyuta analitiki bu il avronun $1,15-dən yuxarı qalxacağını proqnozlaşdırmır. Bununla belə, Avropa treyderləri cümə günü həyata keçirilən iri həcmli əməliyyatların avronun daha da bahalaşmasından qazanc əldə etməyə yönəldiyini bildirirlər.

Russell Investmentsin valyuta bölməsi rəhbəri Van Luu-nun sözlərinə görə, əvvəllər avro riskli aktiv kimi qiymətləndirilsə də, indi bu valyuta həm müsbət, həm də mənfi xəbərlər fonunda dəyər qazanmağa davam edir.