2024-cü ildə fiskal xərclər Azərbaycanda iqtisadi aktivliyin dəstəklənməsində əsas rol oynayıb. Büdcə xərcləri həm iqtisadi artımın stimullaşdırılması, həm də əhalinin rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlərə yönəldilib. Xüsusilə, işğaldan azad olunmuş ərazilərin bərpası bu istiqamətdə prioritet sahə kimi diqqət mərkəzində olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının Maliyyə Sabitliyi Hesabatına əsasən xəbər verir ki, 2024-cü il üzrə dövlət büdcəsinin gəlirləri 37.2 milyard manat, xərcləri isə 37.7 milyard manat təşkil edib. Nəticədə, ötən il büdcə kəsiri 0.6 milyard manat olub ki, bu da ümumi daxili məhsulun (ÜDM) 0.4%-nə bərabərdir.
Dövlət Neft Fondundan büdcəyə transfertlər nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 3.3% artıq icra olunaraq 24.4 milyard manata çatıb.
Fuad Mədətov
Finss.az