2024-cü ildə qlobal iqtisadiyyat, geosiyasi gərginliklər və siyasət qeyri-müəyyənliyi fonunda öz artım tempini qoruyub.
Finss.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında yer alıb.
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən, dünya iqtisadiyyatı il ərzində 3.2% artıb. İnkişaf etmiş ölkələrdə artım sabit qalaraq 1.7% təşkil edib, inkişaf etməkdə olan ölkələrdə isə bu göstərici 4.2% olub, bu da ötən illə müqayisədə 0.2 faiz bəndi azdır. Lakin, bu artım hələ də pandemiyadan əvvəlki dövrün orta göstəricilərindən geri qalır.
ABŞ iqtisadiyyatı gözləniləndən daha yaxşı nəticələr göstərsə də, Avrozona və bəzi digər bazarlarda struktur problemlər iqtisadi zəifliyə səbəb olub.
Fuad Mədətov
Finss.az