MÜSAHİBƏ

14 Aprel

"Bank Avrasiya" əməliyyat mənfəətində 7% azalma qeydə alındı

Finss.az - "Bank Avrasiya" 2024-cü ilin I rübünün nəticələrinə əsasən 1 milyon 389 min manat əməliyyat mənfəəti əldə etdiyini açıqlayıb.

Bankın rüblük hesabatına istinadən verilən məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 97 min manat (7%) azdır. Keçən ilin müvafiq dövründə bank təxminən 1 milyon 486 min manat əməliyyat mənfəəti əldə etmişdi.