Finss.az - ABŞ-ın elektromobil istehsalçısı Lucid Group, iflas etmiş Nikola Corporation şirkətinə məxsus Arizona ştatındakı zavod və ofisləri satın alıb.
Razılaşma çərçivəsində Lucid, Külidc şəhərində yerləşən istehsalat kompleksini və Finks şəhərindəki keçmiş baş qərargahıda daxildi. Ümumilikdə alınan obyektlərin sahəsi 82 min kvadratmetrdən çoxdur.
Müqavilə Nikola-nın texnologiyasını və ya müştəri bazasını əhatə etmir. Lucid-in əsas məqsədi yeni ərazilərdən istifadə edərək istehsal gücünü genişləndirmək, yeni elektromobil modellərinin test və inkişaf prosesini sürətləndirməkdir.
Şirkət həmçinin Nikola-nın 300-dən çox keçmiş əməkdaşını yenidən işə qəbul etməyi planlaşdırır. Mühəndislik, istehsal və logistika sahələrində çalışacaq bu kadrların işə qaytarılması Arizona ştatının yerli hakimiyyət orqanları tərəfindən dəstəklənir və ştatda məşğulluğun bərpası ilə yanaşı, elektromobil infrastrukturunun inkişafına da töhfə verəcək.
Bu genişlənmə Lucid-ə Lucid Gravity də daxil olmaqla yeni modellərin buraxılışını sürətləndirməyə imkan yaradacaq. Şirkət rəqabətin kəskinləşdiyi elektromobil bazarında lokal inkişaf strategiyası və təcrübəli kadrlardan istifadə yolu ilə üstünlük qazanmağa çalışır.