MÜSAHİBƏ

13 Aprel

Baş nazir Əli Əsədov yeni qərar imzalayıb

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299 (Cild I); 2024, № 1, maddə 78, № 3, maddə 354, № 6 (II kitab), maddə 715, № 10, maddə 1167, № 11, maddə 1252) aşağıdakı məzmunda 4.36-cı bənd əlavə edilsin:

“4.36. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən elektrik mühərrikli avtomobillər üçün elektrik enerji doldurucularının istehsalı məqsədilə idxal olunan hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı” təsdiq edilsin (əlavə olunur).”.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir

və 2027-ci il 1 yanvar tarixinədək qüvvədədir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “9” “aprel” 2025-ci il

№ 105