2024-cü ildə Azərbaycan Honkonq iqtisadiyyatına 14,5 milyon ABŞ dolları sərmayə yatırıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 66,3 milyon ABŞ dolları və ya 5,6 dəfə azalmışdır. Bu sərmayənin Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların ümumi həcminin 0,8%-ni təşkil etdiyini qeyd etmək olar.
2023-cü ildə isə Azərbaycandan Honkonqa yatırılan investisiyaların həcmi 80,8 milyon ABŞ dolları olub.
2024-cü ildə ümumilikdə Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarını keçib ki, bu da 2023-cü ilə nisbətən 388,1 milyon ABŞ dolları və ya 5,83% artımı göstərir. Lakin bu il ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş investisiyalar 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəkindən 43,3% azalmayı göstərir.
Fuad Mədətov
Finss.az