Ötən il Azərbaycan, Cənubi Koreya iqtisadiyyatına 17,9 milyon ABŞ dolları sərmayə yatırıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2023-cü ilə nisbətən 4,4 milyon ABŞ dolları və ya 32,8% artıb. Cənubi Koreyaya yatırılan investisiyalar, ümumi birbaşa xarici investisiyaların 1%-ini təşkil edib.
2023-cü ildə isə bu rəqəm 13,5 milyon ABŞ dolları olub. Ümumilikdə, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına daxil olan birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarını keçib ki, bu da 2023-cü ilə nisbətən 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir. Eyni zamanda, 2024-cü ildə Azərbaycandan xarici iqtisadiyyata yönəldilən birbaşa xarici investisiyaların həcmi 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ilə nisbətən 1,4 milyard ABŞ dolları və ya 43,3% azalma göstərir.
Fuad Mədətov
Finss.az