MÜSAHİBƏ

11 Aprel

Latviyanın Azərbaycana yatdığı birbaşa xarici investisiyalar 11,4 milyon dollar artıb

Ötən il Latviyanın Azərbaycan iqtisadiyyatına cəlb etdiyi birbaşa xarici investisiyaların həcmi 24,4 milyon ABŞ dolları olub.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə, ötən il Latviyadan Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar 11,4 milyon ABŞ dolları və ya 1,9 dəfə artıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi nəzərə alındığında, Latviyadan yatırılan investisiyaların payı 0,3% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Latviyadan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 13 milyon ABŞ dolları olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarını keçib. Bu, 2023-cü ilə nisbətən 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Həmçinin, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilən birbaşa xarici investisiyaların həcmi 1,8 milyard ABŞ dolları olub. Bu da 2023-cü il ilə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azalma nümayiş etdirir.

Fuad Mədətov
Finss.az