Bank "BTB" ASC, kiçik və orta sahibkarlara maliyyə dəstəyi təqdim etmək məqsədilə kreditlər təklif edir.
Finss.az xəbər verir ki, kreditin məbləği 1 000 000 AZN ekvivalentinə qədər ola bilər və bu məbləğ kredit komitəsinin qərarına əsasən dəyişə bilər.
Kreditin müddəti ən çox 36 ay ola bilər.
Kreditin illik faiz dərəcəsi AZN ilə 17%-dən, USD ilə isə 7%-dən başlayır.
Komissiya haqqı ən azı 1% təşkil edir və faktiki illik faiz dərəcəsi AZN üzrə minimum 16,36%-dir.
Kreditin ödəniş forması annuitet sisteminə əsaslanır.
Kredit alınması üçün şəxsiyyəti təsdiq edən sənəd və sahibkarlıq fəaliyyətini və gəlirləri təsdiq edən sənədlər tələb olunur.
Kreditin təminatı olaraq daşınmaz əmlak qəbul edilir.
Əlavə üstünlüklərdən biri girovun sığortalanmasının zəruri olmamalarıdır.
Həmçinin girovun kənar şirkət tərəfindən qiymətləndirilməsi də tələb edilmir.
Təsdiqlənmiş kredit məbləğinin müəyyən hissəsi isə kredit xətti şəklində təqdim edilə bilər.
Kredit xətti üzrə şərtlər isə AZN və USD valyutalarında, 1 000 000 AZN ekvivalentinə qədər məbləğdə təklif olunur və illik faiz dərəcəsi AZN üçün minimum 17%, USD üçün minimum 7% təşkil edir.
Kreditin rəsmiləşdirilməsi üçün komissiya 1%-dən başlayır.
Ödəniş növü isə kart aktiv olan dövrdə faizlərin hər ay tam ödənilməsi və kart aktiv olmayan dövrdə aylıq annuitet ödənişi ilə təklif olunur.
Ətrfalı məlumat üçün linkə daxil olun.
Fuad Mədətov
Finss.az