MÜSAHİBƏ

10 Aprel

Fransanın iqtisadiyyatı pisləşir

Finss.az - Fransa hökuməti, ABŞ Prezidenti Donald Trampın başladığı ticarət müharibəsinin mümkün təsirlərini nəzərə alaraq, 2025-ci il üçün iqtisadiyyatın böyümə proqnozunu 0,7%-ə endirib.

Bu barədə Fransa Maliyyə Naziri Erik Lombar TF1 televiziya kanalına verdiyi müsahibəsində məlumat verib.

Nazir Lombar, qeyri-müəyyənliyi nəzərə alaraq böyümə proqnozunun aşağı salındığını bildirib. O, həmçinin bildirib ki, Fransa hökuməti ABŞ ilə davam edən danışıqların nəticələrindən asılı olaraq bu proqnozu yenidən qiymətləndirə bilər.

Qeyd edək ki, yalnız iki ay əvvəl Fransa parlamenti 2025-ci il üçün büdcəni qəbul etmişdi və bu büdcə ölkənin ÜDM-nin 0,9% artacağı proqnozuna əsaslanırdı.

Fransa hökuməti, iqtisadi böhranın qarşısını almaq məqsədilə bu il büdcə kəsirini ÜDM-nin 5,4%-ə qədər azaltmağı hədəfləyir. Lakin, Lombar vurğulayıb ki, hökumət vergiləri artırmaq və ya dövlət xərclərini azaltmaq niyyətində deyil, iqtisadi artım proqnozunun pisləşməsinə baxmayaraq.