2024-cü ildə Qırğızıstandan Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 6,4 milyon ABŞ dolları təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Rəsmi statistikaya əsasən, bu göstərici 2023-cü illə müqayisədə 4,4 milyon ABŞ dolları və ya 3,2 dəfə artım deməkdir. Bununla belə, Qırğızıstanın ümumi investisiya portfelində payı nisbətən kiçik olaraq qalaraq, cəmi 0,1% təşkil edib.
Digər tərəfdən, Azərbaycan ötən il Qırğızıstan iqtisadiyyatına 27,1 milyon ABŞ dolları investisiya yönəldib. Bu isə əvvəlki illə müqayisədə 25,1 milyon ABŞ dolları və ya 13,5 dəfə çoxdur. Beləliklə, Azərbaycanın xarici investisiyalar portfelində Qırğızıstanın payı 1,5%-ə yüksəlib.
Qeyd edək ki, 2023-cü ildə hər iki istiqamətdə – həm Qırğızıstandan Azərbaycana, həm də əksinə – investisiyalar təxminən 2 milyon ABŞ dolları civarında olub. 2024-cü ildə isə bu qarşılıqlı maliyyə əlaqələrində nəzərəçarpacaq aktivlik müşahidə edilib.
Ümumilikdə, 2024-cü ildə Azərbaycana yönəlmiş birbaşa xarici investisiyaların ümumi həcmi 7 milyard ABŞ dollarını ötüb, bu da 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Eyni zamanda, Azərbaycanın xarici iqtisadiyyata yatırdığı birbaşa investisiyalar 1,8 milyard ABŞ dolları təşkil edib, bu isə 2023-cü ilə nisbətən 1,4 milyard ABŞ dolları və ya 43,3% azalma deməkdir.
Fuad Mədətov
Finss.az