MÜSAHİBƏ

09 Aprel

Çin dollar alışını dayandırır

Finss.az - Çin Mərkəzi Bankı (ÇMB) bu qərarı, ölkənin valyuta bazarında təzyiqləri azaltmaq məqsədilə verib.

Mənbələrin verdiyi məlumata görə, ÇMB bu həftə dövlət banklarına xüsusi hesablar üçün dollar alımlarını dayandırmağı tapşıran göstəriş göndərib. Eyni zamanda, banklara müştəriləri üçün dollar alma əmrlərini yerinə yetirərkən nəzarəti gücləndirmələri tövsiyə edilib.

Çərşənbə günü, böyük dövlət bankaları yuanın dəyərinin daha da düşməsinin qarşısını almaq üçün yerli bazarda ABŞ dollarını agressiv şəkildə sataraq yuan alıblar.

ÇMB bildirib ki, ölkənin ixracı və geniş iqtisadiyyat üzərindəki təsirləri yüngülləşdirmək üçün yuanın devalvasiyasına getməyəcək.

Bu addımlar, Çin hökumətinin valyuta bazarında stabilliyi qorumağa və mövcud ticarət münaqişələrinin iqtisadi təsirlərini minimuma endirməyə yönəlmiş strateji qərarları olaraq qiymətləndirilir.