AFB Bank ASC kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara mikrokredit imkanı təqdim edir.
Finss.az xəbər verir ki, bu mikrokredit, sənaye, istehsalat, xidmət, ticarət, tikinti, yükdaşıma, balıqçılıq və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən sahibkarlara verilir.
Kreditin məbləği 500 AZN-dən 30 000 AZN-ə qədər ola bilər, faiz dərəcəsi isə 18%-dən başlayır.
Mikrokreditin müddəti 3 aydan 48 aya qədər dəyişə bilər və kreditin alınmasında komissiya xərci 1% təşkil edir.
Kreditin verilməsi üçün yaş həddi 20-65 arasıdır.
AFB Bank ASC tərəfindən təqdim edilən bu mikrokredit, kiçik bizneslərin inkişafına dəstək olmaq məqsədi güdür və sahibkarlara işlərini böyütmək üçün lazım olan maliyyə dəstəyini təmin edir.
Ətrfalı məlumat üçün linkə daxil olun.
Fuad Mədətov
Finss.az