MÜSAHİBƏ

09 Aprel

Mikro biznes krediti girovsuz təqdim edilirsə, bu hansı üstünlükləri yaradır?

Bank VTB (Azərbaycan) mikro biznesini canlandırmaq istəyən sahibkarlara yeni imkanlar təqdim edir.

Finss.az xəbər verir ki, bankın təklif etdiyi mikro biznes krediti ilə sahibkarlar 50 000 AZN-dək kredit alaraq bizneslərini genişləndirmək imkanı qazanırlar. Kreditin müddəti 36 ayadəkdir və faiz dərəcəsi 18%-dən başlayır. Bu kreditin ən əsas üstünlüyü isə komissiya xərclərinin olmamasıdır, çünki kampaniya çərçivəsində 0% komissiya tətbiq olunur.

Mikro biznes krediti həmçinin onlayn şəkildə sifariş edilə və rəqəmsal SİMA İmza ilə məsafəli şəkildə rəsmiləşdirilə bilər.

Bank VTB (Azərbaycan) mikro biznes kreditini girovsuz təqdim edir və kreditin alınması üçün banka gəlməyə ehtiyac yoxdur.

Sahibkarlar bu kreditin məbləğini istədikləri zaman və yerə çatdırılmasını tələb edə bilərlər. Bu imkan, xüsusilə kiçik bizneslər üçün əlverişli bir şansdır.

Ətrfalı məlumat üçün linkə daxil olun.

Fuad Mədətov
Finss.az