Azərbaycan Sənaye Bankı (“ASB”) sahibkarlar və kiçik, orta biznes nümayəndələri üçün sərfəli şərtlərlə “Biznesə Dəstək” kredit məhsulunu təqdim edir. Kreditlər biznesin genişləndirilməsi, dövriyyə vəsaitlərinin artırılması və ya yeni layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulub.
Finss.az xəbər verir ki, bu kredit, 36 aya qədər müddətə verilə bilər və illik faiz dərəcəsi AZN üzrə 12%-18%, FİFD isə minimum 14% - maksimum 19% arasında dəyişir.
Kreditin Əsas Şərtləri:
- Minimum Kredit Məbləği: 5,000 AZN/USD
- Maksimum Kredit Məbləği: Fərdi yanaşma prinsipi əsasında müəyyən olunur
- Komissiya və Digər Xərclər: 1%
- Ödəniş Forması: Aylıq annuitet cədvəli üzrə
- Minimum Biznes Fəaliyyəti: 6 ay
- Təminat: Daşınar və daşınmaz əmlakın girovu, qiymətli kağızlar, müddətli/müddətsiz depozitlər, bank qarantiyaları
"Azərbaycan Sənaye Bankı" ASC tərəfindən təqdim edilən Biznesə Dəstək Krediti, kiçik və orta bizneslərə öz fəaliyyətlərini genişləndirmək, yeni layihələr həyata keçirmək və işlərini daha da inkişaf etdirmək üçün ideal maliyyə vasitəsidir. Bu kreditin şərtləri, şirkətlərin xüsusi tələblərinə uyğun olaraq fərdi şəkildə müəyyən edilir.
Ətrfalı məlumat üçün linkə daxil olun.
Fuad Mədətov
Finss.az