MÜSAHİBƏ

09 Aprel

Almaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi artıb

2024-cü ildə Almaniyanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 75,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumatlara əsasən, 2023-cü ilə nisbətən Almaniyadan Azərbaycana yatırılan investisiyalar 48,8 milyon ABŞ dolları və ya 2,8 dəfə artıb. Bu da Almaniyanın ümumi birbaşa xarici investisiyaların həcmində payını 1,1% səviyyəsinə qaldırıb.

2023-cü ildə Almaniyadan Azərbaycana investisiyalar 26,5 milyon ABŞ dolları təşkil etmişdi. Bununla yanaşı, Azərbaycan ötən il Almaniya iqtisadiyyatına 22,9 milyon ABŞ dolları sərmayə qoyub, bu isə 2023-cü ilə nisbətən 16,6 milyon ABŞ dolları və ya 41,9% azalma deməkdir.

2024-cü ildə Azərbaycana ümumi xarici investisiyaların həcmi 7 milyard ABŞ dollarından çox olub, bu da 2023-cü ilə nisbətən 388,1 milyon ABŞ dolları və ya 5,83% artım göstərir.

Eyni zamanda, hesabat ilində Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa xarici investisiyalar 1,8 milyard ABŞ dolları təşkil edib, bu da 2023-cü ilə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azalma deməkdir.

Fuad Mədətov
Finss.az