MÜSAHİBƏ

07 Aprel

Expressbank-da “Sağlamlıq ayı” keçirilir

Finss.az - Expressbank Korporativ Sosial Məsuliyyətini ciddi dərk edən maliyyə institutu olaraq əməkdaşları üçün ardıcıl sağlamlıq tədbirləri keçirməyə davam edir.

7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə aprel ayı Bankda “Sağlamlıq ayı” elan edilib. Belə ki, Sağlamlıq ayı çərçivəsində nəzərdə tutulan silsilə tədbirlərdən birincisi Expressbank əməkdaşları üçün keçirilən Emosional Zəka mövzusundakı interaktiv seminar olub. Seminar “Psycho” Psixoloji Mərkəzinin peşəkar psixoloqları Lamiyə Miryaqubova və Leyla Sultanova tərəfindən aparılıb.

Tədbir Bankın əməkdaşlarını stres və neqativ emosiyaların idarə olunması, fiziki və zehni rahatlama texnikaları, daxili və xarici motivasiya, münaqişələrin idarə edilməsi və həll yolları, empatiya və özünüdərk bacarıqları haqqında maarifləndirməklə onların iş mühitindəki rahatlıqlarına dəstək olmaq və sağlamlıqlarının qayğısına qalmaq əhəmiyyəti daşıyır. İştirakçıların aktiv sualları və komandalarla iş müşayiəti ilə keçirilən interaktiv seminar eyni zamanda əməkdaşlararası kommunikasiya bacarıqlarının möhkəmlənməsinə, ünsiyyət rahatlığına və zehni istirahətinə zaman ayırmasına xidmət edir.

Qeyd edək ki, Expressbank daha əvvəl də əməkdaşlarının sağlamlığına yönəlik bir sıra tədbirlər keçirib və bu yöndə korporativ məsuliyyət strategiyasına sadiqdir.

Zemfira Ms
Finss.az