MÜSAHİBƏ

07 Aprel

Xalq Bank maliyyə üzrə mütəxəssis axtarıır - VAKANSİYA

Finss.az - Xalq Bankda Maliyyə İdarəsinin Maliyyə Nəzarəti və Bankxarici Hesabatlılıq Şöbəsinin Kiçik Mütəxəssisi vakansiyası elan edib

Son tarix: 07 may 2025

Təsvir:

  • Mərkəzi Banka gündəlik hesabatların hazırlanması;

  • Tədiyyə balansı, qabaqcadan ödənişlər hesabatı hazırlamaq və aidiyyəti dövlət orqanına təqdim etmək;

  • Bank üzrə ümumi statistika hesabatı hazırlamaq;

  • Şöbə, idarə rəisinin müavini və idarə rəisinin şöbənin, habelə idarənin fəaliyyəti ilə əlaqədar ona tapşırdığı işləri yerinə yetirmək.

Tələblər:

  • Ali magistr təhsili və maliyyə üzrə sertifikasiyası (Maliyyə və İqtisad arzuolunandır);

  • Müvafiq sahədə bank təcrübəsi arzuolunandır;

  • Yüksək dərəcədə analitik qabiliyyət və riyazi düşüncə;

  • Məsuliyyət və dəqiqlik;

  • MS Ofis proqramları və kompüter avadanlıqları ilə işləmə bacarığı;

  • Təhliletmə və hesabat tərtib etmə bacarığı;

  • Analoji sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi;

  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).

Vakansiya haqqında:

  • Vakansiya növü: Tam ştat

  • Təcrübə: 1-2 il

  • Təhsil: Magistr

Şirkət haqqında: 2004-cü ildə əsası qoyulan Xalq Bank, qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrildi.

Əlaqə nömrəsi: *138
Vebsayt: www.xalqbank.az

Vakansiya barədə ətraflı məlumat