MÜSAHİBƏ

07 Aprel

Paytaxt üzrə pərakəndə ticarət dövriyyəsi 4 faizdən çox artıb

Finss.az - Bu ilin yanvar-fevral aylarında Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 5621,2 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 1,4 faiz artaraq 3057,9 milyon manat, qeyri-ərzaq malları isə 8 faiz artaraq 2563,3 milyon manat təşkil edib.

İstehlak məhsullarının 36,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.