Finss.az - Smart Energy Services komandamıza yeni Mühasib axtarırıq!
Əgər mühasibatlıq sahəsində peşəkarsansa və inkişaf yönümlü mühitdə çalışmaq istəyirsənsə, elə indi bizə qoşul!
Tələblər:
-
Müvafiq sahə üzrə ali təhsil
-
25-35 yaş aralığında
-
3-5 il iş təcrübəsi
-
Xanım namizədlərə üstünlük verilir
-
Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
-
1C 8.3 və 8.2 proqramlarında işləmək bacarığı
-
Stressə davamlılıq
-
İFRS və digər mühasibatlıq sahəsində sertifikatların olması üstünlükdür
Vəzifə öhdəlikləri:
-
Bank əməliyyatlarının icrası, qaimə və vergi hesab-fakturalarının hazırlanması
-
Qarşılıqlı hesablaşmalar və üzləşmə aktlarının tərtibi
-
Mühasibat sənədlərinin tamlığı və qorunmasının təmin olunması
-
Vergi orqanları ilə yazışmalar və məktubların nəzarətdə saxlanılması
-
Vergi hesabatlarının hazırlanması və vaxtında təqdim olunması (MDSS, ÖMV, ƏDV, Mənfəət vergisi)
-
Debitor və kreditor borclar, mal qalığı, gəlir və xərclərin uçotu
-
Satış sənədlərinin gündəlik 1C proqramında işlənməsi
-
Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün icrası
Əmək şəraiti:
-
İş rejimi: 5 günlük, 09:00 – 18:00
-
İstirahət günləri: Şənbə və Bazar
-
Əmək haqqı: 1400 AZN
-
Peşəkar və dost mühitdə çalışma imkanı
Müraciət:
Göstərilən tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, CV-lərini e-mail ünvanına göndərsinlər. Mövzu hissəsində “Mühasib” yazmağı unutmayın.
Son tarix 03 may 2025
Yalnız tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.