Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sahəsində əsas kapitala 50,1 milyon manat investisiya yönəldilib.
Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,3 milyon manat və ya 39,8% çoxdur.
Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə informasiya və rabitə sahəsində əsas kapitala 35,8 milyon manat investisiya yönəldilmişdi.
Bu sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 2,5%-ə bərabər olub.