MÜSAHİBƏ

28 Mart

Azərbaycanda xam neft istehsalı azalıb

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 4,5 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, xam neft istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 294 min ton və ya 6,2% azalıb.

Belə ki, ötən ilin ilk iki ayında Azərbaycanda 4,8 milyon ton xam neft istehsal edilib.

Qeyd edək ki, cari ilin mart ayının birinə ölkədə hazır xam neft ehtiyatının miqdarı 263,1 min ton olub.

Xatırladaq ki, ötən il ərzində Azərbaycanda 29,1 milyon ton xam neft istehsal edilib. Bu, əvvəlki illə müqayisədə 1,1 milyon ton və ya 3,7% azdır. 2023-cü ildə istehsal olunan xam neftin miqdarı 30,2 milyon ton olub.