MÜSAHİBƏ

26 Mart

Azərbaycanın elektrik enerjisi ixracı 36% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın elektrik enerjisinin ixracı 301,5 milyon kilovat-saat (kVt·st) olub.

Finss.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 79,9 milyon kVt·st və ya 36% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycanın elektrik enerjisinin ixracı 221,6 milyon kilovat-saat (kVt·st) idi.

Bəhs olunan dövrdə Azərbaycanın elektrik enerjisi idxalı 19,5 milyon kVt·st olub ki, bu da, illik müqayisədə 13 milyon kVt·st, yaxud da 40% azdır.

2024-cü ilin ilk iki ayında Azərbaycanın elektrik enerjisinin idxalı 32,5 milyon kVt·st təşkil edib.